BMT Baş katibi Antonio QuterreşBeynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb.
Cia.az xəbər verir ki, müraciətdə deyilir:
“Yaxınlarımızla əlaqə saxlayırıq. Dini ayinlərdə iştirak edirik. Fikrimizi bildiririk. COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə üzləşən fərdlər və icmalar bu və digər fəaliyyətləri daha çox onlayn həyata keçirirlər. Dünyanın texnologiyadan asılılığının artdığı bir vaxtda, ahıl insanlar bu sahədə başqaları ilə müqayisədə daha çox dəstəyə ehtiyac duyurlar.
"Bütün yaşlarda rəqəmsal bərabərlik" builki Beynəlxalq Ahıllar Gününün mövzusudur və cəmiyyətin inkişafı naminə müxtəlif nəsillərin nümayəndələri üçün imkanları genişləndirmək üçün mühüm bir imkan təklif edir. Ahıl insanlar pandemiya zamanı daha çox təcrid olundular.
Digər tərəfdən, onların artmaqda olan kibercinayət təhlükəsindən zərərçəkmə riski daha yüksəkdir. Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirləri görməklə yanaşı, onların müdafiəsini və rifahını təmin etmək məqsədi ilə rəqəmsal bacarıqlarını gücləndirmək istiqamətində çalışmalıyıq.
Yaşlı insanlar təkcə həssas əhali qrupu deyil. Onlar bilik, təcrübə və kollektiv tərəqqimiz üçün zəngin töhfə mənbəyidirlər. Ahıllar yeni texnologiyaya çıxış əldə etməklə, onu öyrənə və istifadə edə bilsələr, yoxsulluğu aradan qaldırmaq və planetin qorumaq, habelə 2030-cu ilə qədər bütün insanlara sağlamlıq, sülh və firavanlığı təmin etmək üçün qlobal çağırışımız olan Davamlı İnkişaf Məqsədlərinə nail olmağımıza öz töhfələrini verəcəklər.
Builki Beynəlxalq Ahıllar Günündə yaşından asılı olmayaraq hər kəs üçün rəqəmsal bərabərliyə nail olmaq üçün daha inklüziv siyasət, strategiya və fəaliyyətləri həyata keçirməyə çağırıram”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.