banner
banner

Dünya

Saakaşvili Gürcüstanda saxlanıldı

Saakaşvili Gürcüstanda saxlanıldı

Mixail Saakaşvili Gürcüstanda saxlanılıb. 

Cia.az TASS-a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidentinin tutulması barədə məlumatı Baş nazir İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib. 

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili saxlanılıb və  cəzaçəkmə müəssisəsinə köçürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbs prosedurunu ən yüksək səviyyədə həyata keçiriblər", - deyə Qaribaşvili vurğulayıb. Gürcü Baş nazir Saakaşvilinin harada saxlanıldığını açıqlamayıb.

 

Xatırladaq ki, M.Saakaşvili öz feysbuk hesabında video yayaraq Batumi şəhərində olduğunu açıqlamışdı. Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə Saakaşvilinin rəsmi şəkildə ölkə sərhədini keçmədiyini bildirmişdi. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.