banner
banner

Dünya

“Mossad” İranın generalını qaçırıb

“Mossad” İranın generalını qaçırıb

İsrailin Xarici Kəşfiyyat Xidmətinin (Mossad) əməkdaşları Suriyada xüsusi əməliyyat zamanı iranlı generalı qaçırıblar.

Cia.az xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Məlumata əsasən, iranlı generalın qaçırılmasına səbəb 35 il əvvəl itkin düşmüş pilot Ron Aradın taleyi barədə məlumat əldə etmək olub. Bildirilir ki, İran generalı sorğu məqsədilə Suriyadan Afrika ölkələrinin birinə gətirilib. O, burada dindirilib və daha sonra sərbəst buraxılıb. 

Bununla yanaşı, Knessetdə çıxış edən İsrailin Baş naziri Naftali Bennet bildirib ki, xüsusi xidmət orqanları Ron Aradın 1986-cı ildə hansı şərtlərdə itkin düşməsini araşdırmaqla bağlı tapşırığın öhdəsindən gəliblər. “Mossad”ın direktoru David Barnea isə əməliyyatı “çox cəsarətli və çətin” adlandırıb. 

Qeyd edək ki, Ron Arad 1986-cı ildə Livanda keçirilən əməliyyatda iştirak edib. Bu zaman onun təyyarəsi vurulub. Ron Arad təyyarədən kapitulyasiya etsə də, “Hizbullah” hərəkatının yaraqlıları tərəfindən əsir götürülüb. İsrailli pilot buradan İranın paytaxtına aparılsa da, sonradan Beyruta geri qaytarılıb.

İsrailin xüsusi xidmət orqanlarının gəldiyi ilkin nəticələrə görə, Arad 1990-cı illərin əvvəlində dünyasını dəyişib. Bildirilir ki, ona təcili tibbi yardım göstərmək mümkün olmayıb və o, bu səbəbdən dünyasını dəyişib.

Fotoda: Ron Arad

 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.