ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünyaca məşhur "Forbes" biznes jurnalının hazırladığı 400 ən varlı amerikalı siyahısına daxil ola bilməyib.
Cia.az "Sözcü"yə istinadla xəbər verir ki, keçən il Tramp siyahıda ən varlı amerikalılar arasında 339-cu idi. Bu il isə 2,25 milyard dollar sərvəti ilə ümumiyyətlə siyahıya düşə bilməyib.
Trampın siyahıya sonuncu olaraq daxil olması üçün 400 milyon dollara ehtiyacının olduğu bildirilib.
Qeyd edək ki, eks-prezident 2015-ci ildə milyarderlər arasında 121-ci sırada yer almışdı. Bir çoxları ABŞ prezidentliyinin Trampa 2 milyard dollara başa gəldiyini vurğulayırlar.
Qeyd edək ki, "Forbes" jurnalının hazırladığı siyahıya 4 ildir ki, "Amazon"un qurucusu Ceff Bezos 201 milyard dollarla başçılıq edir
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.