banner
banner

Dünya

İran Prezidenti danışdı - “Bu siyasət ikitərəfli olmalıdır”

İran Prezidenti danışdı -

“Konstruktiv əməkdaşlıq iqtisadi artımın və regionun bütün xalqlarının rifahının əsas amilidir”.

Cia.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Qafqaz regionu bu cür sıx əməkdaşlığa yaxşı nümunə ola bilər. 

 

Rəisi regional təhlükəsizliyin vacibliyini vurğulayaraq bildirib ki, bu, çoxtərəfli daxili regional mexanizmlərin köməyi ilə təmin edilməlidir: “Qəddar və iddialı ünsürlərin müdaxiləsi isə xalqların mənafelərinə ziyan vurur”.

İbrahim Rəisi, həmçinin vurğulayıb ki, İran öz milli maraqlarında ayıq-sayıq və fəaldır: “İranın hüdudlarında İŞİD kimi terror təşkilatının mövcudluğu ölkələrin sabitliyinə və regional təhlükəsizliyə ziddir”.

Bununla yanaşı, İbrahim Rəisi bildirib ki, qonşuluq siyasəti İran üçün hər zaman orijinal olub: “Qonşuluq siyasəti xoş niyyət, mehriban qonşuluq və konstruktiv əməkdaşlıq ruhundan asılıdır və bu siyasət ikitərəfli olmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.