Türkiyə İranla sərhəddə divar tikintisini başa çatdırıb
Türkiyənin İranla sərhəddə divar tikintisi başa çatıb.
Bu barədə Cia az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, divarın hörgüsü yekunlaşıb. Sərhəddə divar tikintisi İrandan miqrant axınını və qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyır. Məlumata görə, Van əyalətinin İranla sərhəd hissəsində 20 kilometrik divar çəkilib.
Daha əvvəl bildirilib ki, Ağrı və İğdır vilayətlərində beton divarın çəkilməsi işləri yekunlaşıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.