Yaponiyanın Kariya şəhərində yük maşını səkidə hərəkət edən məktəbliləri vurub.
Cia.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində 7 şagird xəsarət alıb. Onlardan 4-ü müxtəlif ağırlıqda travma ilə xəstəxanaya yerləşdirilib.
Yaralılar aşağı sinif şagirdləri olub.
Hazırda hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır.


