Oktyabrın 11-i gecədən Yer maqnitosferində maqnit qasırğası başlayıb. Onun səviyyəsi getdikcə artır və artıq orta səviyyəyə yaxınlaşıb.
Cia.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasından bildirilib.
Qeyd olunub ki, belə vəziyyətlərdə Yerə çatan plazma buludu kosmik peyklərin radiasiya yükünü artırır, Yer səthinə yaxın maqnit sahəsinin dalğalanmalarına təsir edir. Maqnitosferdəki bu dəyişiklikləri şimal en dairələrində müşahidə etmək mümkündür.
Laboratoriyanın məlumatına əsasən, Günəşdəki alovlanma oktyabrın 9-da başlayıb. Bu, orta səviyyəli alovlanma olub. Tac maddəsinin Yerə çatması üç gün çəkib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.