Ağ Ev dekabrın 15-də keçmiş prezident Con Kennedinin öldürülməsi ilə əlaqədar bəzi gizli sənədləri açıqlamaq niyyətindədir.
Cia.az xəbər verir ki, bu barədə Ağ Evin ABŞ prezidenti Co Baydenin imzası ilə yaydığı açıqlamada qeyd olunub.
Qalan sənədlərin isə bir il ərzində nəşrə hazır olacağı bildirilir.
Açıqlamada Kennediyə edilən sui-qəsd “dəhşətli gün və amerikalıların xatirəsində qalmağa davam edən çox dərin milli faciə” olaraq xarakterizə edilib və ümumi sənədlərin 90 faizini təşkil edən 250 min sənədin yayımlanacağı qeyd olunub.
ABŞ prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə seçkiyə hazırlıq zamanı üçün Texasda sui-qəsd nəticəsində öldürülüb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.