banner
banner

Dünya

Bu ölkə çalxalanır: İqamətgaha hücum edildi - Nazirlər girov götürülüb

Bu ölkə çalxalanır:

Sudanda növbəti dəfə hərbi çevriliş elan edilib.

Cia.az xəbər verir ki, hərbçilər Baş nazirin iqamətgahına hücum edərək, Abdullah Hamduku həbs edib. O, ev həbsinə məhkum edilib. Daha 4 nazirin həbs edildiyi barədə məlumatlar var. Ölkədə internet və rabitə kəsilib. Hərbi çevriliş barədə xəbərlər sakinləri ayağa qaldırıb. Minlərlə insan küçələrə çıxıb. Hərbçilər sakinlərə çevrilişə qarşı çıxmamaq haqqında çağırış edib. Qeyd edək ki, Sudanda ötən ay baş verən hərbi çevriliə cəhddən sonra siyasi böhran yaşanır. Parlamentdəki hərbi və xalqın seçdiyi nümayəndələr razılığa gələ bilməyib.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.