banner
banner

Dünya

Bolduin məsuliyyətə cəlb oluna bilər

Bolduin məsuliyyətə cəlb oluna bilər

ABŞ prokurorluğu “Rast” filminin çəkilişlərində kinooperatorunun ölümü ilə bağlı cinayət ittihamı irəli sürə bilər.

Bu barədə Cia.az “Euronews”a istinadən xəbər verir.

Eyni zamanda, atəş açan aktyor Alek Bolduin digərləri ilə bərabər məsuliyyətə cəlb oluna bilər, çünki o, həmçinin filmin prodüserlərindən biridir.

 

KİV-in məlumatına görə, çəkilişlərdə rekvizit yox, döyüş silahı istifadə olunub. Ödənişlərin məbləği milyonlarla dollar təşkil edə bilər.

Qeyd edək ki, ötən cümə axşamı günü “Rast” filminin çəkilişlərində A. Bolduinin butafor revolverdən açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins ölüb, rejissor Coel Souza yüngül xəsarət alıb.

Ölümlə nəticələnən insidentin fonunda ABŞ-ın Flint şəhərinin ekoloji problemlərindən bəhs edən “Rast” filminin premyerası qeyri-müəyyən vaxtadək təxirə salınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.