Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Cia.az-ın Türkiyə bürosunun xəbərinə görə, görüş İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammiti çərçivəsində baş tutub. Görüş 50 dəqiqə davam edib. Görüşün nəticələri barədə hələ tərəflər açıqlama verməyib. Qeyd edək ki, Türkiyə və Fransa arasında Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizində enerji resursları və təhlükəsizlik başda olmaqla, bir çox məsələlərdə fikir ayrılığı var. İki prezidentin görüşündə də bu mövzuların diqqət mərkəzində olacağı gözlənilirdi. Sammit çərçivəsində R.T.Ərdoğanın G-20 zirvəsində son dəfə iştirak edən Almaniya kansleri Angela Merkellə ikitərəfli görüşü də nəzərdə tutulub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.