Türkiyə mətbuatında yer alan xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu növbəti seçkilərdə “Millət İttifaqı”nın prezidentliyə namizədi olacaq.
Cia.az xəbər verir ki, xəbəri CHP və İYİ Partiyanın qurduğu “Millət İttifaqı”nın prezidentliyə namizədi ilə bağlı yenidən yayıma başlayan Flash TV-nin baş redaktoru Hakan Aygün canlı yayımda iddia edib.
O, “Millət İttifaqı”nın qalib gələcəyi təqdirdə İYİ Partiyanın başqanı Meral Akşenerin baş nazir kimi 1-ci vitse-prezidenti vəzifəsini icra edə biləcəyini də iddia edib.
Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin yayında keçiriləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.