Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının səkkizdəbir final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.
Cia.az xəbər verir ki, təmsilçimiz Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra səkkizdəbir finalda puerto-rikolu Yankiel Riveraya da qalib gəlib.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.
Komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.