banner
banner

Dünya

Türkiyəli alim evində ölü tapıldı

Türkiyəli alim evində ölü tapıldı

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) elmi işçi olaraq çalışan professor Dilək Dündar Ərbahar evində ölü halda tapılıb.

Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 30-da gənc alimi evində hərəkətsiz halda tapan yaxınları polisə və təcili yardıma xəbər veriblər. İlkin ehtimala görə, Dilək Dündar intihar edib.

 

Qeyd edək ki, Dilək Dündar Ərbahar zəhərli qazlarla bağlı araşdırmalar aparırdı. O, zəhərli qazlara qarşı yüksək aşkarlama həssaslığına malik, yüksək performanslı, kütləvi istehsala uyğun, qənaətcil, az enerji sərfiyyatı ilə işləyən kompakt kimyəvi sensorların yaradılmasına yönəlmiş tədqiqatlar aparırdı.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.