banner
banner

Dünya

Saakaşvilinin son durumu

Saakaşvilinin son durumu

Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumat yalandır". Cia.az xəbər verir ki, bu barədə Gürcüstanın Penitensiar Xidməti məlumat yayıb.     Xidmət qeyd edib ki, Mixeil Saakaşvilinin səhhəti stabildir və tibb işçilərinin daimi nəzarəti altındadır:     "Baxmayaraq ki, Mixeil Saakaşvilinin hər hansı reanimasiya tədbirlərinə ehtiyacı yoxdur. Profilaktika üçün o, reanimasiyanın yanındakı palatadadır. Müəssisənin reanimasiya şöbəsi bütün zəruri müasir avadanlıqlarla, eləcə də bütün lazımi dərman preparatları ilə təchiz olunub. Lazım gələrsə, Mixeil Saakaşviliyə təxliyyə edilmədən dərhal müvafiq tibbi yardım göstəriləcək".     Xidmətdən qeyd olunub ki, yayılan məlumatlar ictimaiyyəti çaşdırmağa yönəlmiş informasiyalardır.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.