Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Tehrana səfər edəcək.
Cia.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
H. Əmir Abdullahiyan deyib ki, Türkiyə Prezidentinin İrana səfəri yaxın zamanlarda baş tutacaq: “Bu gün türkiyəli həmkarımla regionda və beynəlxalq aləmdə baş verən müxtəlif məsələləri müzakirə etdik. Türkiyə Prezidentinin Tehrana səfəri zamanı iki ölkənin əməkdaşlığını artırmaq üçün yol xəritəsi imzalanacaq".
M. Çavuşoğlu İrana qarşı tətbiq olunan sanksiyaları pisləyib və Hərtərəfli Birgə Fəaliyyət Planından çıxan ölkələri bu plana geri qayıtmağa çağırıb.
M. Çavuşoğlu deyib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılması sahəsində razılıqlar əldə olunub: “Bu gün iranlı həmkarımla iki ölkə arasında əlaqələrin inkişafını sürətləndirmək haqqında razılıq əldə etdik. İki ölkə arasında beynəlxalq sahədə də əməkdaşlıqların perspektivini müzakirə etdik”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.