Paşinyan hər yerdə “juçok” quraşdırır - Erməni KİV
Ermənistanın baş naziri Nikol Paşinyanın ağır iqtisadi böhrana baxmayaraq, siyasi opponentlərini dinləmək üçün xaricdə xüsusi proqramlar almaq üçün milyonlarla dollar xərcləyir. Ermənistan mətbuatı qeyd edir ki, Paşinyan, hətta “öz kölgəsindən belə qorxmağa başlayıb”.
Cia.az virtualaz.org-a istinadən məlumatına görə, İrəvanın “Hraparak” qəzeti qeyd edir ki, Paşinyanın göstərişi ilə Ermənistanın bütün dövlət qurumlarında foye və kabinetlər mikroskopik “juçoklarla” doldurulur.
Bununla bağlı qəzet bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində baş vermiş insidentdən bəhs edir. Rəislərdən biri “yuxarı instansiya”nın göstərişi ilə dörd əməkdaşını dindirir. Onlar iş yerində baş nazırı “satqın” və “kapitulyant” adlandırıb.
Hraparak jurnalisti yazır: “Bu rəis öz növbəsində aralarında qadının da olduğu işçiləri “xalçaya” çağırıb və onlardan izahat tələb edib. Kişilər dərhal tövbə edərək belə siyasi səhvləri bir daha təkrar etməyəcəklərini vəd ediblər, qadın isə cavab verib ki, hər kəs haqqında istədiyi bir şey söyləmək onun konstitusion hüququdur. Bəlkə Ermənistan artıq demokratik ölkə deyil və orada öz fikrini bildirmək qadağandır?”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.