banner
banner

Dünya

Ərdoğandan lirə ilə bağlı - Göstəriş

Ərdoğandan lirə ilə bağlı

Türkiyə Dövlət Müşahidə Şurası (DDK) valyuta məzənnəsindəki anormal artımda manipulyasiya olub-olmadığını, varsa, kim tərəfindən olduğunu araşdıracaq.

Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstəriş verib.

Bildirilir ki, idarəçilik işlərinin qanunvericiliyə uyğun, müntəzəm və səmərəli şəkildə aparılması və inkişaf etdirilməsi məqsədilə yaradılan audit qurumu başda dollar olmaqla, külli miqdarda xarici valyuta alan qurum və təşkilatları müəyyən edəcək.

 

DDK sədri Yunus Arıncı və komandası araşdırmanın nəticəsini hesabata çevirəcək və cinayət aşkar edilərsə, tədbir görülməsi üçün müvafiq qurumlara göndərəəcək.

Xatırladaq ki, son vaxtlar Türkiyə lirəsi ABŞ dolları qarşısında kəskin ucuzlaşıb. Hazırda 1 ABŞ dolları 12,43 Türkiyə lirəsi təşkil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.