banner
banner

Dünya

NATO-dan Rusiyaya - Çağırış

NATO-dan Rusiyaya

“Rusiya ordusunun Ukrayna sərhədinə doğru köçürülməsi “sadəcə blef” kimi qiymətləndirilə bilməz”.

Cia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Welt” qəzetinə açıqlamasında bildirib.

"Bu il ikinci dəfədir ki, biz Rusiyanın minlərlə əsgərini Ukrayna sərhədinə köçürdüyünü görürük. NATO gələcəkdə də özünü hücumdan qoruya bilməsi üçün Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcək. Rusiyanı gərginliyi azaltmağa çağırıram. Eyni zamanda, biz keçmişdə olduğu kimi, Rusiya ilə də dialoqa açığıq. Gərginlik yüksək olduqda, dialoqun əhəmiyyəti daha da artır", - deyə Stoltenberq deyib.

 

Kiyev və Qərb ölkələri son vaxtlar Rusiyanın Ukrayna sərhədlərində “aqressiv hərəkətləri”nin artdığını iddia edirlər. Amma Moskva bəyan edir ki, o, öz ərazisində və öz qaydalarına uyğun hərəkət edir.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl vurğulamışdı ki, Rusiyanın Ukraynaya qarşı hər hansı hücum planı yoxdur



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.