“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də Rusiya Prezidenti Vladimir Putinlə telefon vasitəsilə danışıqlar aparmağı planlaşdırır”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri XİN rəhbərlərinin görüşündə jurnalistlər açıqlaması zamanı bildirib.
“Türkiyə Ukraynada gərginliyin azaldılmasının tərəfdarıdır. Biz iki tərəflə əlaqədəyik. Cümə günü bizim prezidentimiz, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazırlaşır”, - deyə M.Çavuşoğlu bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.