ABŞ-ın sabiq Prezidenti Donald Tramp İsrailin keçmiş Baş naziri Binyamin Netanyahunun ünvanına təhqirlər səsləndirib.
Cia.az xəbər verir ki, Tramp “Axios” nəşrinə müsahibəsində bu barədə danışıb.
Onun qəzəblənməsinə səbəb Netanyahunun Co Baydeni ölkənin Prezidenti seçilməsi münasibətilə təbrik etməsi olub.
Tramp sözügedən təbrikdən sonra Netanyahu ilə danışmadığını bildirib: “Baydeni ilk təbrik edən Bibi Netanyahu oldu. Mən bu adam üçün başqa kiməsə etdiyimdən daha çox şey etmişəm. Bibi susa da bilərdi. O, böyük səhvə yol verdi. O zamandan bu yana onunla danışmamışam. Rədd olsun!..”
Eks-Prezident, həmçinin qeyd edib ki, Netanyahudan fərqli olaraq, Rusiya və Braziliya Prezidentləri Vladimir Putin və Jair Bolsonaru ABŞ liderini dərhal təbrik etməyiblər, çünki onlar seçkilərin saxtalaşdırıldığını hiss edirdilər.
Nəşrin məlumatına görə, Netanyahu əslində Baydeni təbrik edən ilk lider olmayıb. Belə ki, Netanyahu ABŞ mediası seçkilərin nəticəsini açıqlayana qədər 12 saatdan çox gözləyib.
Qeyd edək ki, ABŞ-da 46-cı Prezident seçkiləri 2020-ci il noyabrın 3-ü keçirilib. Ölkədə növbəti prezident seçkiləri 2024-cü ildə baş tutmalıdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.