banner
banner

Gündəm

"Tarixi Zəfərimizi gormədi amma inanırıq ki, ..." -Qənirə Paşayeva Heydər Əliyevdən yazdı

"Tarixi Zəfərimizi gormədi amma inanırıq ki, ..." -Qənirə Paşayeva Heydər Əliyevdən yazdı
Yazar: Qənirə Paşayeva

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Bu əziz gündə Ümummilli liderimizin mədəniyyət strategiyasına bir nəzər salmaq istərdim. Bu istiqamətdə Heydər Əliyevin təşəbbüsçüsü, ideya müəllifi, qurucusu, yaradıcışı, ilhamvericisi, dəstək olduğu... o qədər iş, hadisə var ki..!

Ümumən Heydər Əliyev adı bütün əməli fəaliyyət sahələri üzrə böyük işlər, hadisələrlə çox rahatlıqla qoşalaşdırıla bilir:
"Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi", "Heydər Əliyev və xarici siyasət", "Heydər Əliyev və gənclik" və s... Mədəniyyət bu planda özəl yerə sahibdir. Mənə qismət olub, Ümummilli liderimizlə birgə xarici səfərlərdə jurnalist kimi iştirak etmişəm. Onun jurnalistlərə, yaradıcı insanlara münasibəti müstəsna xarakter daşıyırdı. Bu müstəsnalıq, Ümummili liderin tamaşalardan, dövlət tədbirlərindən sonra səhnə arxasına kecərək sənətçilərlə görüşməsi, onların ifası, çıxışı haqqında mülahizələrini, dəyərləndirmələrini söyləməsi bir hadisəydi. Səfərlərdə biz jurnalistlərlə, operatorlarla, nümayəndə heyətinin uzvü olan şair, yazıçı, bəstəkar, rəssam... ilə də eyni həssaslıqla rəftar edirdi. Bu münasibət məhz Heydər Əliyevin özü tərəfindən əsası qoyulmuş ənənələrə söykənirdi. - Hələ sovet dönəmində SSRİ-nin Xalq artisti, SSRİ-nin Xalq rəssamı, SSRİ-nin Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı... adına layiq görülmüş, SSRİ-nin nüfuzlu ordenləri ilə təltif olunmuş azərbaycanlıların uzun siyahısı dediklərimizə sübutdur.

Şəxslər üzərindən verilmiş belə dəstəklər, qərarlar yanar ürəyin, yüksək vətəncanlılığın ifadəsiydi. Bu ifadəlilikdə bir mühüm istiqamətsə, Heydər Əliyevin sənətə, istedada vurğunluğunun, sənətə, sənətkara dərin diqqət-qayğı ilə yanaşmaqla birgə, kimlərin xalqı, mədəni irsimizi ümumittifaq miqyasında təmsiletmə haqqına sahib olmasını dəqiq bilməyi ilə bağlıdır.
Heydər Əliyev Hüseyn Cavd irsinə, NİYAZİyə, Rəsul Rzaya, Müslüm Maqomayevə, Rəşid Behbudova, Zeynəb Xanlarovaya, Bəxtiyar Vahabzadəyə, Nəbi Xəzriyə, QABİLə, ANARa, ELÇİNə... nə üçün dəstək durduğunu çox yaxşı bilirdi. Bilirdi ki, xalqı, olkəni onun mədəniyyəti, sənəti, deməli, sənətkarları ilə uca tutmaq xüsusi hadisədir.

Heydər Əliyev yalnız istedadlara, sənətkarlara dəstək durmurdu, onların yetişməsi üçün münbit ortam yaradırdı. Və bu siyasətini Müstəqil Azərbaycanda daha şövqlə, yeni məzmunda, formada davam və inkişaf etdirdi. Heydər Əliyevin Prezident kimi imzaladığı Sərəncam, Fərmanlar içərisindən ədəbiyyat, mədəniyyət, incəsənətə aid olanlarını, o cümlədən ədəbiyyat, mədəniyyət, incəsənətlə bağlı çıxışlarını toplasaq, bir neçə cildlik kitab alınar. Heydər Əliyev "İstedadlı gənclərin qızıl kitabı", Gənc yazarlar üçün Prezident təqaüdü haqqında sənədlərə imza atanda, mədəniyyət, incəsənətə dövlət dəstəyinin artırılması haqqında Sərəncam, Fərman verəndə də böyük amallarla yaşayırdı. Yaradıcılıq qurumlarının dövlət dəstəyi ilə təmin edilməsi bu sırada özünəməxsus hadisələrdəndir.

Məsələlərə yalnız siyasi, hüquqi yanaşmaqla xarüqələr yaratmaq çətin olar; Ümummilli liderimiz köklü məsələlərə fəlsəfi, ictimai-mədəni, mənəvi planda yanaşırdi. Ona görə də, Heydər Əliyevin mədəniyyətə, incəsənətə baxışı məhz strateji məzmun daşıyırdı.

Heydər Əliyev tarixi Zəfərimizi gormədi amma inanırıq ki, ATA VƏSİYYƏTİNİ YERİNƏ YETİRƏN sədaqətli oğlunun Ali Baş Komandanı olduğu Müzəffər Ordumuzun Zəfəri onun əziz ruhuna agahdır.

Tarixi Zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda sürətli və keyfiyyətli quruculuq, təmir-bərpa, abadlıq işləri yenə Heydər Əliyevi yada salır. Şuşada Vaqif Məqbərəsi bərpa olundu. - Bir tək bu məqbərə, onun bərpası, Vaqif Poeziya Günlərindən, onun bərpası üzərindən bir dastan yazmaq olar...

Azərbaycanın yalnız sülh quruculuğunda deyil, müharibədə də qızıl ləyaqət göstərməsi HeydərƏliyevin mədəniyyət qavramını nə qədər geniş tutması və necə bir zəngin irs qoyub getməsini təcalla etdirir. Heydər Əliyevin siyasi kursunu uğurla, ləyaqətlə davam və inkisaf etdirən cənab Prezident İlham Əliyev, Heydər Əliyevin adını daşıyan Fonda uğurla rəhbərlik edən Mehriban xanım Əliyeva mədəniyyət strategiyasını yeni zirvələrə daşımaqdadır.


DÖVLƏTİMİZ VAR OLSUN!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.

Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

TƏCİLİ! Nazirlər toplandı - İclas keçirilir

Birləşmiş Millətlər Təşkilatının "Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı"na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər.

Ali Məhkəmə mühüm məlumat yaydı

Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.

Günay Malikqızı vəzifəsindən ayrıldı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən daha bir tanınmış şəxs vəzifəsindən ayrılıb.