Amerika Dyuk Universitetinin alimləri qlobal istiləşmənin əmək bazarına əhəmiyyətli dərəcədə təsir edəcəyini bildiriblər. Mütəxəssislər "dəhşətli istilərinin" başlaması ilə əlaqədar insanların küçədə uzunmüddətli işdən uzaq duracağını proqnozlaşdırıblar.
Cia.Az Trend-ə istinadən bildirir ki, alimlər belə qənaətət gəliblər ki, əgər Yer kürəsində temperatur iki dərəcədən çox artarsa, o zaman əmək məhsuldarlığının azalmasından iqtisadi itkilər ildə 1,6 trilyon dollara çatacaq.
İqlim istiləşməsi ən çox tropik və subtropik bölgələrdəki - Asiya, Yaxın Şərq, Afrika və Sakit Okeanın qərbindəki işçilərə təsir göstərəcək. Bundan əlavə, bir çox ölkələrdə yayda işçilərə zərər vermədən kritik vacib kənd təsərrüfatı və tikinti işlərini həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Vətəndaşların əksəriyyətinin açıq havada işlədiyi Hindistan, Çin, Pakistan və İndoneziya iqlim dəyişikliyindən böyük iqtisadi itkilərlə üzləşəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.