banner
banner

İdman

Mahir Emreli “Qarabağ”a qayıdır? - Rəsmi açıqlama

Mahir Emreli “Qarabağ”a qayıdır? - Rəsmi açıqlama

“Müqavilə ilə hər hansı bir kluba məxsus olan futbolçu barədə fikir bildirmək peşəkarlıq baxımından doğru olmaz”.

Cia.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə  Polşa “Legiya”sında oynayan azərbaycanlı futbolçu Mahir Emreli haqqında deyib.

Onun sözlərinə görə, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emrelinin Varşava təmsilçisi ilə uzun müddətli, 3 illik müqaviləsi var.

“Bizim bildiyimiz qədəri ilə Mahir Emrelinin klubdan ayrılıb “Qarabağ”a geri dönmək fikri yoxdur”, -deyə sonda klub rəsmisi bildirib.

Qeyd edək ki, Mahir Emrelinin Plotsk “Visla”sı ilə oyundan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalması səbəbi ilə “Legiya” klubundan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.