Yaponiya hökuməti dekabrın 16-da Çin dəniz polisinin dörd patrul gəmisinin Tokionun ərazi suları hesab etdiyi mübahisəli Senkaku (Diaoyu) adaları yaxınlığındakı zonaya daxil olmasına görə Çin hakimiyyətinə etiraz göndərib.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.
“Çin gəmilərinin bizim ərazi sularımıza daxil olması beynəlxalq hüquq normalarına ziddir, bununla bağlı biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik. Bu cür hadisələr təəssüf doğurur və qəbuledilməzdir. Biz Senkaku adalarına nəzarət üçün lazımi səyləri davam etdirmək və bu məsələdə Çin hakimiyyəti ilə sakit və möhkəm qarşılıqlı fəaliyyət niyyətindəyik”, - deyə o bildirib.
Senkaku adaları ilə bağlı mübahisə Tokionun 2012-ci ilin sentyabrında Yaponiya vətəndaşı olan özəl sahiblərdən onu alacağını elan etməsindən sonra kəskinləşdi. Bundan sonra Çində yapon restoranlarının və müəssisələrinin dağıdılması ilə müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilib. O vaxtdan Çin gəmiləri mübahisəli arxipelaqın yaxınlığında daim gəzir və onun sahil zonasında nümayişkaranə səfərlər edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.