banner
banner

Dünya

Lavrov NATO-nun baş katibini istefa verməyə ÇAĞIRDI

Lavrov NATO-nun baş katibini

NATO Baş katibi Yens Stoltenberqin vəzifəsindən getməsinin vaxtı çatıb. Çünki o, öz vəzifələrini yerinə yetirə bilmir.

 

Cia.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"Avropa, Avro-Atlantik təhlükəsizliyinin əsasını siyasi öhdəliklər kimi ən yüksək səviyyədə razılaşdırılmış və imzalanmış bir sıra prinsiplər təşkil edir. Avro-Atlantik məkanın heç bir dövləti, ATƏT-in heç bir iştirakçısı başqalarının təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək", - deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Lavrovun sözlərinə görə, əgər Stoltenberq NATO üzvlərinin ən yüksək səviyyədə qəbul edilmiş sənədlərdə əksini tapmış bu prinsipi saymamaq hüququna malik olduğuna inanırsa, yəqin ki, onun başqa işə getməsinin vaxtı çatıb, çünki o, vəzifələrinin öhdəsindən gələ bilmir: “Stoltenberq yüksək səslə və daha doğrusu təkəbbürlə, bəyan edir ki, heç kimin Vaşinqton müqaviləsinin prinsipini pozmağa haqqı yoxdur, ona görə də qapılar NATO-ya üzv olmaq istəyən istənilən potensial aspirant üçün açıqdır”.

 

Lavrov Stoltenberqin Norveç Mərkəzi Bankında işə keçmək üzrə olduğu ilə bağlı şayiələrin yayıldığını da bildirib.

 

Qeyd edək ki, Stoltenberq Brüsseldə Rumıniyanın Baş naziri Nikolay Çuke ilə birgə mətbuat konfransında Ukraynanın NATO-ya daxil olmaq qərarının Rusiya ilə kompromis və danışıqlar mövzusu olmadığını bəyan edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.