banner
banner

İdman

Reqbi məşqçiləri Qəbələyə toplaşdı

Reqbi məşqçiləri Qəbələyə toplaşdı

Azərbaycan Reqbi Federasiyası və Bədən Tərbiyəsi və İdman Mütəxəssislərinin Təlim-Tədris və İnkişaf Mərkəzi tərəfindən 20-22 dekabr 2021-ci il tarixlərində Qəbələ rayonunda reqbi idman növü üzrə məşqçilik təlimləri keçirilib.

Cia.az xəbər verir ki, iştirakçılara Azərbaycan yığma komandasının baş məşqçisi Vaqif Səadətxan və "Qarabağ" Reqbi Klubunun rəhbəri “World Rugby” Level 1 Coach sertifikatının sahibi Eldar Kərimov nəzəri və praktiki təlimlər keçib.

Təlimlərin sonunda federasiyanın 1-ci vitse-prezidenti Elvar Osmanov, regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayev, qurumun  Baş katibi Əliniyaz Mirzəyev Gəncə, Sumqayıt, Göygöl, Samux, Şəki, Xocavənd, Şamaxı, Göyçay, Naftalan, Oğuz, Qəbələ, Qarabağ və Qafqaz-Arena reqbi klublarını təmsil edən məşqçiləri müvafiq sertifikatlarla təltif ediblər.

Eyni zamanda üç gün davam edən təlimin sonunda federasiya rəsmiləri tərəfindən iştirakçılara reqbi topları və il ərzində ölkə yarışlarında qalib olmuş klublara fəxri fərmanlar təqdim ediblər.

 

 



 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.