Azərbaycan millisinin futbolçusu Mahir Emreli ən azı bu mövsümün sonunadək Polşa “Legiya”sında qalacaq.
O, yerli mətbuata açıqlamasında 24 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Mateuş Veteska və Bartoş Slişin də “Legiya”da qalacağını bildirib. Klub rəsmisi hazırda bu oyunçuların komandadan ayrılmasının gündəmdə olmadığını söyləyib.
Bu mövsümün əvvəlində “Legiya” ilə 3+1 illik müqavilə imzalamış Mahir Emrelinin azarkeşlərlə insidentdən sonra paytaxt klubunu tərk edəcəyi iddia olunur.


