banner
banner

Dünya

Türk əsilli qadınlar nazir oldu

Türk əsilli qadınlar nazir oldu

Niderlandın yeni hökumətində iki türkəsilli qadın nazir vəzifəsini icra edəcək.

Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, onlardan biri Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasından (VVD) millət vəkili Dilan Yeşilgöz Zegeriusdur.

O, Niderlandın yeni Nazirlər Kabinetində təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, 1977-ci ildə Ankarada dünyaya gələn Dilan Yeşilgöz Niderland parlamentində Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirməsi ilə tanınır. O, 2018-ci ildə Niderlandda qondarma “erməni soyqırımı”nı tanıyan 5 türk əsilli deputatdan biridir.

Türkiyə mediası yazır ki, Dilanın atası Yücel Yeşilgözün “PKK” terror təşkilatı ilə əlaqəsi ortaya çıxdıqdan sonra o, 1984-cü ildə Türkiyədən Niderlanda qaçıb.

 Dilan Yeşilgöz 2014-cü ildə həkim Rene Zegerius ilə ailə həyatı qurub. Yeşilgöz holland və ingilis dillərini, eləcə də kürdcəni bilir.

“Demokratlar 66” Partiyasının (D66) üzvü, 49 yaşlı Günay Uslu isə mədəniyyət və mediadan məsul dövlət naziri olacaq.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.