banner
banner

Dünya

Rusiya Özbəkistanı da hədəfə ALIB

Rusiya Özbəkistanı da hədəfə

“Rusiyanın hədəfində Özbəkistandır. Bunu Daşkəndin son günlər atdığı addımlar da göstərir. Ölkədə ordunun təbliği gücləndirilib, Özbəkistana giriş qaydaları dəyişdirilib, məktəblərdə qış tətili yanvarın 25-dək uzadılıb, əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün Rusiyaya qaz ixracı dayandırılıb”.

Cia.az xəbər verir ki, bunu “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın Qazaxıstan və Mərkəzi Asiyaya yönəlik siyasətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu günlərdə prezident Özbəistan prezidenti Ş.Mirziyoyevin Türkiyə prezidenti Ərdoğanla telefon danışıqları olub.

“Özbəkistan bir çox mənada, ilk növbədə də goesiyasi baxımdan bölgənin açar dövlətidir və bunu Rusiyada da yaxşı anlayırlar.

Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir. Hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın nəzarət altına götürülməsidir. O cümlədən də Əfqanıstanın”.

Siyasi şərhçi bildirib ki, Rusiya lideri V.Putininin həfədi Qazaxıstandan Özbəkistana, ordan da Əfqanıstana hərbi müdaxilədir:

“Bir sözlə, Rusiya SSRİ-ni batıran bataqlığa doğru irəliləyir. Bir o fərqlə ki, bu dəfə onun yolunun üzərində sovet dövründəkindən daha çox "tələlər" və "çalalar" var”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.