Gürcüstanda karantin və özünütəcrid müddəti xəstəliyin gedişindən və peyvənddən asılı olacaq.
Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia danışıb. O bildirib ki, karantin müddəti ilə bağlı dəyişikliklər bazar ertəsi qüvvəyə minəcək və hazırda onlar dəqiqləşdirilir.
Yeni qaydalara əsasən, xəstəlik asimptomatik və ya yüngül formada keçdiyi halda, son sutka ərzində simptomların olmaması və özünütəcrid müddəti bitdikdən sonra beş gün ərzində maska taxmaq şərti ilə özünütəcrid müddəti 8 gün olacaq.
Xəstəliyin ağır və orta ağır formalarında özünütəcrid müddəti ən azı 10 gün olacaq, son 24 saat ərzində isə kəskin yaxşılaşma olmalıdır. Eyni zamanda, özünütəcrid müddətinin sonunda xəstə olanlar beş gün maska taxmalıdırlar.
Koronavirus xəstəsi ilə təmasda olanlara gəlincə, karantin müddəti təmasda olan şəxsin peyvənd olunub-olunmamasından asılı olacaq.
Qeyd edək ki, hazırda Gürcüstanda özünütəcrid və karantin müddəti 12 gündür.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.