Özbəkistanın Təhlükəsizlik Şurasının geniş iclası keçirilib.
Cia.az xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, prezident Şavkat Mirziyoyev ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı göstəriş verib.
Eyni zamanda 2022-2026-cı illərdə Silahlı Qüvvələrin gələcək inkişafına dair konseptual proqramın qəbul edilməsi tapşırılıb.
İclasda qlobal informasiya məkanında təhdidlərin artdığı indiki şəraitdə informasiya təhlükəsizliyinin təmin edilməsi, gənclərin yad ideyalardan qorunması, hərbi qulluqçuların psixoloji hazırlığı və mənəvi-psixoloji hazırlığının gücləndirilməsinin aktuallığı vurğulanıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.