banner
banner

Dünya

Özbəkistanda qaz da kəsildi

Özbəkistanda qaz da kəsildi

Özbəkistanın bir neçə bölgəsində və paytaxt Daşkənddə qazın verilişində fasilələr yaranıb.

Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qazın verilişinin dayandırılmasına səbəb ölkədə dünən elektrik enerjisi verilişində yaranan kütləvi fasilə olub.

Bildirilir ki, hazırda əsasən Fərqanə vadisi, Surxandərə və Daşkənd vilayətlərində, həmçinin Daşkənd şəhərində təbii qaz tədarükünün azaldılması və yaxud ümumiyyətlə olmaması müşahidə edilir.

Qeyd edək ki, yanvarın 25-i ölkədə elektrik enerjisinin verilişinin dayandırılması səbəbindən “Uzbekneftqaz” şirkətinin 64 yatağında qaz və neft hasilatı dayandırılıb.

Xatırladaq ki, yanvarın 25-i Qazaxıstan, Özbəkistan və Qırğızıstanda elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. İlkin məlumata görə, buna səbəb Mərkəzi Asiyanın vahid enerji sistemində baş verən qəza olub.

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.