Azərbaycanın üç təkanla tullanma növündə atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində qapalı manejdə keçirilən qızıl səviyyəli turnirdə gümüş medal qazanıb.
Cia.az xəbər verir ki, idmançımız 16,76 metr nəticə göstərib. Çempion 16,79 metr məsafəyə tullanan Andreas Pantazis (Yunanıstan) olub. Bürünc medalı 16,73 metr nəticə göstərmiş Maks Hess (Almaniya) qazanıb.
Fəxri kürsünün ikinci pilləsinə qalxan Babayev qələbəsini maraqlı şəkildə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar – Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qalibiyyəti onlara həsr etdiyini göstərib.
Qeyd edək ki, bu, Nazim Babayevin 2022-ci ildə qazandığı ilk medaldır.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb