banner
banner

İdman

İdmançımızdan Almaniyada möhtəşəm jest -FOTO

İdmançımızdan Almaniyada möhtəşəm jest

 

 

Azərbaycanın üç təkanla tullanma növündə atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində qapalı manejdə keçirilən qızıl səviyyəli turnirdə gümüş medal qazanıb.

Cia.az xəbər verir ki, idmançımız 16,76 metr nəticə göstərib. Çempion 16,79 metr məsafəyə tullanan Andreas Pantazis (Yunanıstan) olub. Bürünc medalı 16,73 metr nəticə göstərmiş Maks Hess (Almaniya) qazanıb.

Fəxri kürsünün ikinci pilləsinə qalxan Babayev qələbəsini maraqlı şəkildə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar – Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qalibiyyəti onlara həsr etdiyini göstərib.

Qeyd edək ki, bu, Nazim Babayevin 2022-ci ildə qazandığı ilk medaldır.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.