banner
banner

İdman

“Keşlə“ “Tottenhem“in yetirməsini aldı

“Keşlə“ “Tottenhem“in yetirməsini aldı

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Cia.az xəbər verir ki, paytaxt təmsilçisi britaniyalı yarımmüdafiəçi Natan Oduva ilə müqavilə imzalayıb. 26 yaşlı Natanın sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Oduva "Reyncers", "Luton", "Olimpiya" (Sloveniya), "Hapoel Hadera" kimi klublarda oynayıb. Onun son klubu İrlandiyanın “Dandolk”  komandası olub. Oduva sonuncu dəfə 2020-ci ilin dekabrında rəsmi oyunda meydana çıxıb. Yarımmüdafiəçi İngiltərənin U-17, U-18, U-20 komandalarında forma geyinib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.