banner
banner

Dünya

Saakaşvili: “Putin Donetsk ilə Luqanskı tanımağa, Tsxinvalı qəsb eləməyə hazırlaşır”

Saakaşvili:

Cia.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk respublikalarını tanımağa və qondarma Cənubi Osetiya Respublikasını, Tsxinval regionunu işğal eləməyə hazırlaşdığını bəyan edib. Saakaşvili bu açıqlamanı məhkəmə prosesi zamanı verib. Onun sözlərinə görə, insanlar səslərini ucaltmasalar, Gürcüstanın başqa çıxış yolu olmayacaq.

Saakaşvili deyib: “Mən köynəyimdə Ukraynanın rəmzləri ilə gəlmişəm, bu isə vəziyyətimizin ağır olduğu deməkdir. Mənim fikrimcə, Putin artıq Ukraynada müharibə eləmək imkanını itirib, lakin o, təxribatlar törətməyə, Donetsk ilə Luqanskı tanımağa, eyni zamanda qondarma Cənubi Osetiyanı, Tsxinval regionunu ilhaq eləməyə hazırlaşır. Buradakı hakimiyyətin gizlənməsi isə Putinin heç vecinə də deyil. O, hökmən bunu edəcəkdir və bizə heç kim kömək eləməyəcək, bu, İvanaşvili ilə Putinin birgə oyunu olacaq. Ona görə də, insanlar səslərini ucaltmasalar, bizim heç bir başqa çıxış yolumuz qalmayacaq. Dünən mənim iqtisadi proqramım dərc olunub – ölkə varlananda, hamı varlı olacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.