banner
banner

İdman

Rövnəq Abdullayev AFFA-dan gedir? - Rəsmi açıqlama

Rövnəq Abdullayev AFFA-dan gedir? - Rəsmi açıqlama

Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad olunmasından sonra onun AFFA-nın rəhbəri vəzifəsindən gedəcəyinə dair fikirlər artıb.

Cia.az xəbər verir ki, Qol.az saytı məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət edib. O qeyd edib ki, Rövnəq Abdullayev hazırda AFFA-nın prezidenti kimi fəaliyyətini davam etdirir: “Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" – deyə AFFA rəsmisi bildirib.

F.Abdulla hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsinin gündəmdə olmadığını da bildirib.

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.