banner
banner

Dünya

ŞOK MƏLUMAT YAYILDI! Rusiya hücum edib bəzi siyasətçiləri və fəalları öldürməyə hazırlaşır

ŞOK MƏLUMAT YAYILDI!

Rusiya Federasiyası Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə həbslər və sui-qəsd kampaniyası planlaşdırır. Kremlin hazırladığı siyahılara Ukraynanın tanınmış siyasətçiləri, fəalları, Ukraynaya səfər etmiş Rusiya və Belarus dissidentləri daxildir. Bu barədə məlumatlı mənbələrə istinadən Amerikanın “Foreign Policy” nəşri yazıb.

Materialda deyilir ki, işğaldan sonra Rusiya tərəfi hədə-qorxu və repressiyalara əl atmaq niyyətindədir. Moskva əvvəlki kampaniyalarında dəfələrlə bu cür üsullardan istifadə edib. Jurnalın mənbələri iddia edir ki, ABŞ hakimiyyət orqanları bu məlumatı məqsədyönlü şəkildə ukraynalı tərəfdaşlarla və bu vəziyyətə təsir edə biləcək şəxslərlə bölüşürlər.

ABŞ prezidentinin administrasiyasında Moskvanın tərtib etdiyi siyahıların nə dərəcədə formallaşdırıldığını görəndə heyrətə gəliblər. Bu siyahıda, çox güman ki, Rusiya rejimi üçün təhlükə yarada biləcək hər kəs var.

Siyahıların tərtib edilməsində Rusiya xüsusi xidmət orqanları iştirak edib. Məqalədə deyilir ki, Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın komandası bildirib ki, Ukraynada yaşayan Belarus vətəndaşlarını Rusiyanın hücumu zamanı necə hərəkət etmələri barədə məlumatlandırıb.Virtualaz.org




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.