RUSİYADAN İTKİLƏRİLƏ BAĞLI İLK AÇIQLAMA - Ölü və yaralı sayı
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya qoşunlarının xüsusi əməliyyatı başlayandan ölkənin Silahlı Qüvvələri itkiləri isə 498 nəfər təşkil edib.
“Təəssüf ki, xüsusi hərbi əməliyyatda iştirak edən yoldaşlarımız arasında itkilər var. 498 rusiyalı hərbçi xidməti borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların ailələrinə hər cür köməklik göstərilir. 1597 əsgər yoldaşımız isə yaralanıb”, - deyə Konaşenkov bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi məlumatına görə, indiyədək 5 840 nəfər zərərsizləşdirilib, 211 nəfər əsir götürülüb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.