banner
banner

Dünya

SON DƏQİQƏ: Rusiya Ukraynada bütün istiqamətlərdə hücumları DAYANDIRDI

SON DƏQİQƏ:
 

Amerika kəşfiyyatı Rusiya qoşunlarının Ukraynada bütün istiqamətlərdə hücumu dayandırdığını müşahidə edir.

 Bu barədə Pentaqonun adı açıqlanmayan yüksək çinli məmuru BBC-yə açıqlamasında deyib.

O bildirib ki, rus silahlılarının Kiyevə şimal, şimal-qərb, eləcə də 30 km aralıda yerləşdikləri şərq istiqamətindən irəliləyişi qeydə alınmır.

Pentaqon nümayəndəsinin sözlərinə görə, müdafiə xəttini yarmaq cəhdlərinə baxmayaraq, rus hərbçilərinin Xarkova yaxınlaşmasını müşahidə etmirlər, Çerniqov və Mariupol mühasirədə qalsa da, ukraynalıların şiddətli müqaviməti rus qoşunlarının işğalının qarşısını alır.

Amerika rəsmisi qeyd edib ki, Rusiyanın aerodromlara raket zərbələrinin artırılmasına baxmayaraq, Ukrayna öz təyyarələrinin əksəriyyətini döyüşə hazır vəziyyətdə saxlayır. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri Rusiya qırıcılarını və raketlərini vurmağa davam edir. Ona görə də Ukrayna üzərindəki hava məkanı tam olaraq rusların nəzarətində deyil.//Manset.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.