banner
banner

İdman

Olimpiya çempionluğu əlindən alınan Nicat Rəhimovdan AÇIQLAMA

Olimpiya çempionluğu əlindən alınan Nicat Rəhimovdan AÇIQLAMA

Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalması ilə bağlı açıqlama verib.

Cia.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.

Bildirib ki, qərarla qətiyyən razı deyil:

“Bu vəziyyətdə ən dəhşətlisi odur ki, Olimpiya Oyunlarına vaxtında göndərilən nümunəmlə bağlı heç bir sual olmadan əsas mükafatı – Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalı əlimdən almaq istəyirlər. Ona görə də bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm”, – idmançı bildirib.

Qeyd edək ki, Nicat Rəhimov antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı da əlindən alınıb.

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.