banner
banner

Maraqlı

Polşada Hitlerin gizlətdiyi xəzinə tapılıb

Polşada Hitlerin gizlətdiyi xəzinə tapılıb

Hitler ordusunun zabiti Eqon Olenhauerin gündəliyinə əsasən İkinci Dünya müharibəsi zamanı sovetlər tərəfindən ilhaq edildikdən sonra Adolf Hitler Üçüncü Reyxin fürerini qızıl sikkələr, qızıllarla dolu 260 yük maşını müasir Polşada 26 yerdə gizlətməyi əmr edib. İndi həmin xəzinələrin axtarışı gedir.

Xəzinənin gizləndiyi yerlərlə bağlı yeni məlumatlar əldə edilib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Mətbu orqanının yazdığına görə, bir qrup xəzinə ovçusu köhnə Polşa sarayının ərazisində İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən gizlədilən zinət əşyalarının ola biləcəyi metal konteyner tapdıqlarını bildiriblər.
Xəzinə ovçuları Polşanın cənubunda Minkovsk yaşayış məntəqəsində tərk edilmiş sarayın ərazisində 3 metr dərinlikdə basdırılmış uzunluğu 1,2-1,5 metr, diametri təxminən 50 santimetr olan dəmir qutu tapıblar. Kəşf georadarın axtarışı nəticəsində baş verib. Bu Minkovskda axtarılan xəzinənin yalnız bir hissəsidir.

Xəzinə axtaranlar hesab edir ki, bu gizlədilən 48 sandıqdan biridir.

Polşanın cənubunda qazıntıların başlanması ötən il aprelin sonunda məlum olub. Nasistlərin əxlaqsızlıq yuvası kimi istifadə etdiyi binanın altında başqa şeylərlə yanaşı, Breslau qızılı deyilən qızıllar - qiymətli kağızlar, sənət əsərləri, muzey kolleksiyaları, sənədlər və suya davamlı qutulara yığılmış digər qiymətli əşyalar gizlədilib.

Xəzinə ovçuları orada on ton qızıl tapmağa ümid edirlər. Xəzinələr təxminən 700 milyon dollar dəyərində qiymətləndirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər