banner
banner

İdman

Murad Musayevə 2 oyunluq cəza, “Neftçi”yə 4 minlik cərimə

Murad Musayevə 2 oyunluq cəza, “Neftçi”yə 4 minlik cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Premyer Liqanın 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz”in topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilib.

“Neftçi” – “Səbail” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilib. Oyundan əvvəl meydançanın vaxtında sulanmamasına görə meydan sahibi kluba xəbərdarlıq edilib.

“Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilib. “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 1600 manat cərimə edilib.\Fanat.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.