banner
banner

Dünya

"Ərdoğan bacarmadı" - Zelenskidən AÇIQLAMA

"Ərdoğan bacarmadı" -

Ukrayna indi Rusiya Federasiyası ilə danışıqlar apara bilmir, çünki danışacaq heç kim yoxdur.

Cia.Az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bir jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada belə bir görüş hazırlasa, Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı sualına Ukrayna prezidenti deyib ki, bu, indi mümkün deyil.

"Mən indicə Ərdoğanla danışdım. Yaxşı söhbət etdik... Dediklərinizlə bağlı mövqeyimi bilir. Mən bunu qəbul etmirəm. Mənim mövqeyimi bilir, hələ müharibədən əvvəl bu barədə danışmışıq. Mən ona dedim - Putini danışıqlar masası arxasına qoyun, genişmiqyaslı müharibə riskinə yol vermək olmaz. Amma bacarmadı və təkcə o deyil. İndi o, bacaracağını düşünür. İndi biz edə bilmərik. Bu, artıq eyni adam deyil (söhbət Putindən gedir – red.). Danışacaq heç kim yoxdur”, - Zelenski vurğulayıb. \Redaktor.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.