banner
banner

Maraqlı

Bu ölkədə dindarlar qətlə yetirilir, narkomanlar isə... - ŞOK FAKTLAR

Bu ölkədə dindarlar qətlə yetirilir, narkomanlar isə... -

Cənubi Koreyanın yaydığı 450 səhifəlik rəsmi hesabatda Şimali Koreya vətəndaşlarının ölüm cəzası tələb etməyən müxtəlif cinayətlərə görə edam edildiyi bildirilib.

Cia.az xəbər verir ki, 2017-2022-ci illər arasında ölkəni tərk edən 500-dən çox Şimali Koreya vətəndaşının verdiyi açıqlamalara əsasən, Şimali Koreya xalqının həyat haqqı təhlükə altındadır. Məlumata görə, Şimali Koreyada ölüm cəzası narkotik cinayətləri, Cənubi Koreya istehsalı videoların paylaşılması, dini fəaliyyətlər kimi səbəblərə görə verilir.

Kütləvi edamlar, işgəncələr və əsassız həbslərlə bağlı məlumatların yer aldığı hesabatda ictimai yerlərdə, həbs düşərgələrində və bir çox başqa yerlərdə dövlət tərəfindən insan hüquqlarının pozulması hallarına yol verildiyi də vurğulanıb. Hesabatda insanların saxlama mərkəzlərində öldürüldüyü və işgəncələrə məruz qaldığı, sərhədi keçməyə cəhd edən bəzi Şimali koreyalıların tutulduqdan dərhal sonra edam edildiyi bildirilib.

Cənubi Koreya lideri Yoon Suk Yeol bildirib ki, hesabat beynəlxalq ictimaiyyəti Şimali Koreyanın "dəhşətli" təcrübələri barədə məlumatlandırıb.

Cənubi Koreyanın yaydığı rəsmi məlumatlara görə, bu günə qədər təxminən 34.000 Şimali koreyalı Cənubi Koreyada məskunlaşıb. Lakin Şimali Koreya sərhəddə təhlükəsizliyi gücləndirdiyi üçün ölkədən qaçanların sayı kəskin şəkildə azalıb. Bildirilir ki, 2021-ci ildə Şimali Koreyadan Cənubi Koreyaya 63, 2022-ci ildə isə cəmi 67 nəfər qaçıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər