banner
banner

Maraqlı

2025-ci illə bağlı qorxunc XƏBƏRDARLIQ

2025-ci illə bağlı qorxunc XƏBƏRDARLIQ
 

Mütəxəssislərin fikrincə, tezliklə Yer kürəsini vuracaq güclü günəş qasırğası “internet qiyaməti”nə səbəb ola bilər.

2025-ci ildə günəşin maksimum fazası zenitinə çatacaq. Bu səbəbdən alimlər, xüsusilə 2025-ci ildə şiddətli partlayışların Yerə təsir edəcəyini proqnozlaşdırırlar.

Mütəxəssislərin fikrincə, 2025-ci ildə Yer kürəsini güclü günəş fırtınası vuracaq və bu "internet qiyaməti"nə səbəb olacaq.

Bu, bütün dünyada kompüterlərdə ciddi nasazlıqlara və hətta elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. 1755-ci ildə qeydlər başlayandan bəri dövrə 25 dəfə dəyişsə də, son dövrənin çox daha şiddətli olacağı təxmin edilir.

Qeyd edək ki, Günəş partlayışlarına Günəşdə baş verən şiddətli püskürmələr deyilir. Bu partlayışlar milyardlarla meqaton gücündədir və adətən 1 milyon km/saat sürətlə hərəkət edir.

Nəticədə nəhəng enerji buraxan günəş partlayışları səbəbindən kiçik dalğa uzunluqlu radiasiya hissəcikləri Yer atmosferinə daxil olur. Bu püskürmələr nəticəsində yer üzündəki GPS və internet kimi rabitə şəbəkələri mənfi təsirlənir.

Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə “günəş minimumu”, ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə “günəş maksimumu” deyilir. Günəş hər 11 ildən bir bu fazalar arasında dəyişir.//BAKU.WS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər