banner
banner

Maraqlı

SON DƏQİQƏ! Bu ölkənin hava məkanı BAĞLANDI - ŞOK TƏHLÜKƏ

SON DƏQİQƏ! Bu ölkənin hava məkanı BAĞLANDI -

Nigerdəki çevriliş idarəsi hərbi müdaxilə təhlükəsini əsas gətirərək ölkənin hava məkanını növbəti xəbərdarlığa qədər bağladıqlarını açıqlayıb.

Cia.az xəbər verir ki, uçuş izləmə saytı Flightradar24-da əks olunan məlumatlara görə, hazırda Niger səmasında heç bir təyyarə yoxdur.

Xatırladaq ki, Qərbi Afrika ölkələri qrupu ECOWAS daha əvvəl dərc etdiyi bəyanatda Niger prezidenti Məhəmməd Bazumun hakimiyyəti bazar günü saat 23:00-a qədər bərpa edilməsə, güc tətbiq edilə biləcəyi barədə xəbərdarlıq etmişdi. Xunta sözçülərindən biri isə Niger silahlı qüvvələrinin ölkəni müdafiə etməyə hazır olduğunu bildirmişdi.

Bazum iyulun 26-da saxlanıb, bundan sonra Prezident Mühafizəsi Alayının komandiri, general Əbdürrəhman Çiani özünü ölkənin yeni lideri elan edib.

Hərbi çevriliş ölkənin keçmiş müstəmləkəçisi Fransa, eləcə də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfindən pislənib.

Lakin xunta administrasiyası hakimiyyətdən getməklə bağlı heç bir mesaj vermir. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər