banner
banner

Maraqlı

Peyğəmbərin və imamların rəsmini niyə çəkmək olmaz? – MARAQLI SƏBƏB

Peyğəmbərin və imamların rəsmini niyə çəkmək olmaz? – MARAQLI SƏBƏB

Müqəddəslərin rəsmini çəkmək və onu paylaşmaq barədə bütün dövrlərdə ziddiyyətli fikirlər olub. Çoxları deyir ki, peyğəmbərlərin, imamların və digər müqəddəslərin rəsmini çəkmək İslama görə olmaz. Bunu günah əməl kimi qəbul edənlər də var. 

Bununla belə İran və digər islam ölkələrində kommeriya məqsədi ilə müqəddəslərin rəsmləri çəkilir və yayılır.

Doğrudanmı İslam müqəddəslərin rəsmini çəkməyi qadağan edir?

Yenisabah.az xəbər verir ki, suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, İslam dinində şəkil, foto, rəsm çəkmək qadağan deyil:

“Sadəcə bütpərəstlik, müasir dillə desək şəxsiyyətə pərəstiş niyyəti ilə çəkilən rəsmlər, heykəllər haram və şirkdir. Çünki hər bir bütpərəstlik, şəxsiyyətə pərəstiş öncə rəsmdən və heykəldən başlayır. Peyğəmbər zamanında da ərəblər düzəltdikləri heykəllərə səcdə və sitayiş edirdilər. Peyğəmbər Kəbəni ziyarət edəndə oradakı 360 dan çox bütü sındırdı və divardakı şəkilləri sildirdi. 

İncəsənətin inkişafı üçün rəssamlıq olar. Ancaq ibadət niyyəti ilə ikona şəkilləri, büt heykəlləri İslam dinində doğru sayılmır. Həmçinin, Peyğəmbərin və imamların indiyə qədər rəsmləri qalmayıb. Çəkilən şəkillər xəyali şəkillərdir və çoxu da hədislərdə göstərilən əlamətlərə uyğun gəlmir. Həzrət Əli orta boylu arıq adam olub. Ancaq onun hündür, yekəqarın formada şəklini çəkirlər. Bu, imamı təhqir etməkdir”. 

İlahiyyatçı onu da qeyd edib ki, rəsmlər çox zaman insanlarda yanlış assosasiya yaradır:

“İmamların əlində qılınc və nizə ilə şəkillərini çəkirlər. Belə çıxır ki, onlar elə ancaq bir-birini qırıb, savaşdan, qandan başqa bir şey bilməyiblər. Bunu da əsasən İranda çəkib yayırlar. İmamların ömrünün çoxu qələmlə, kitabla, elmlə keçib. Gəlin baxaq. İranın yaydığı rəsmlərdə, tablolarda bircə imamın qələmlə şəklini görürükmü? Yox. Ona görə də molla-fars rejimi İslamı gözdən salıb ancaq radikal göstərmək istəyirlər. Bir sözlə, Peyğəmbərin və imamların, övliyaların xəyali rəsmini çəkmək, ona sitayiş etmək, müqəddəsləşdirmək günahdır”.

Tural İrfan bir tövsiyə də səsləndirib:

“İrandan ölkəmizə gətirilən saxta İmam şəkillərini satmaq da doğru deyil. Çünki günah bir şeyin alverini etmək də əlavə günahdır. Bəzən xalçalara da çəkirlər bu şəkilləri. Ümumilikdə, İrandan din adına nə gəlirsə, zəhərdir və zərərlidir”.  

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər